Cozef Rotblat

Cozef Rotblat
pol. Józef Rotblat
Los Alamos nişan fotoşəkili, 1944-cü il
Los Alamos nişan fotoşəkili, 1944-cü il
Doğum tarixi 4 noyabr 1908(1908-11-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 avqust 2005(2005-08-31)[1][2][…] (96 yaşında)
Vəfat yeri
Milliyyəti polyak
Həyat yoldaşı Tola Qrin
Elm sahəsi fizika
İş yeri
Alma-mater Varşava Universiteti
Liverpul Universiteti
London Universiteti
Təhsili
Elmi rəhbəri Ceyms Çadvik
Tanınır Tibbi fizika
Nüvə tərksilahı istiqamətindəki fəaliyyətləri ilə
Manhetten layihəsi
Alimlər üçün Hippokrat andı
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru Knight Commander of the Order of St Michael and St George Polşanın İntibah ordeninin ulduzlu komandoru
"Nobel" sülh mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ser Cozef Rotblat (4 noyabr 1908[1][2][…], Varşava, Rusiya imperiyası[3]31 avqust 2005[1][2][…], London, Birləşmiş Krallıq) — Polşalı, "Britaniya pasportu olan polşalı" kimi tanınan fizik.

İkinci Dünya müharibəsi zamanı Boru ərintiləri və Manhetten layihəsi üzərində işləmiş, Almaniyanın 1942-ci ildə atom bombasının hazırlanmasını dayandırdığı məlum olduqdan sonra Los Alamos laboratoriyasını tərk edib.

Onun nüvə partlayışı ilə bağlı işi 1963-cü il Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsinin ratifikasiyasına böyük töhfə idi. 1955-ci il Rassel-Eynşteyn Manifestini imzalayan Cozef Rotbalt Elm və dünya əlaqələri üzrə Paquoş konfransının baş katibi idi. "Beynəlxalq münasibətlərdə nüvə silahlarının oynadığı rolu azaltmaq və uzunmüddətli perspektivdə bu cür silahları aradan qaldırmaq istiqamətindəki səylərinə görə" Rotbalt 1995-ci il Nobel sülh mükafatına layiq görülüb.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Sir Joseph Rotblat // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #109184580 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Developed by StudentB